Sumqayıt şəhər III Məktəblilərarası Debat Natiqlik Turnirinin
“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının təşkil etdiyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin partnyoru olduğu Sumqayıt şəhər Məktəblilərarası III Debat Natiqlik Kubokunun final oyunu 19 martda 31 saylı məktəbin akt zalinda keçirildi. Finalda Bakının 220 saylı məktəbinin “İmperiya” və Sumqayıtın 16 saylı məktəbinin “Optimal” komandası mübarizə aparırdı. Gərgin, maraqlı, bərabər şəraitdə keçən Natiqlik yarışının qalibi “Optimal” komandası oldu. Oyundan sonra turnirin mükafatlandırılma və rəsmi bağlanış mərasimi oldu. Turnirin ən yaxşı natiqi adına 220 saylı məktəbin şagirdi Rəna Əkbərli, ən yaxşı məşqçisi adına isə “Optimal” komandasının məşqçisi Banu Əsgərova layiq görüldü. Turnirin kubokunu isə “Optimal” komandası növbəti turnirə qədər 16 saylı məktəbi muzeyində saxlamaq hüququ qazandı.
NO SMOKING CAMPAIGN – Könüllü Vakansiya
Salam Hörmətli Gənclər
Bildiyiniz kimi “Sağlam Düşüncə” Gənclər Təşkilatı NO SMOKING kampaniyasini həyata kecirir. Bele ki, layihədə yeni işçi qrupu üçün könüllü vakansiya elan edilir.
Vakansiyaya aid tələblər
- Bakıda və Sumqayıtda yaşayan aktiv gənclər
- Layihə icrasında qismən də olsa təcrübəli olan
- Komandada işləmək və Natiqlik Bacariği yüksək olan, yaradici olan
- Sosial şəbəkələrdə layihənin PR işini aktiv işləyə biləcək gənclər müraciət edə bilər
Könüllülərin vəzifəsinə aiddir
- Layihənin icrasini təşkil etmək
- Layihənin icra planına əsasən işlərə nəzarət etmək
- Layihəyə maliyyə vəsaitinin cəlb edilməsi üçün görüşlərdə iştirak etmək
Maraqlanan gənclər 24 mart 2010-cu il saat 18.00 kimi öz CV-sini və motivasiya məktubunu ayten_tagiyeva@yahoo.com ünvanına göndərmələri xahiş edillir. İlk secim turu CV və motivasiya məktubu esasında aparılacaq. Birinci turu keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əlavə məlumat üçün ayten_tagiyeva@yahoo.com ünavanına müraciet ede bilərsiniz.
TEN – Şəffaf Təhsil və Korrupsiya haqqında seminar
20 sentyabr 2009-cu il tarixində “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının ofisində YUVA Humanitar Təşkilatı TEN (Transparent Education Network) layihəsi çərçivəsində Sumqayıt tələbələri üçün Şəffaf Təhsil və Korrupsiya haqqında seminar keçirilmişdir. Seminarı Şəffaf Təhsil Layihəsinin Azərbaycan üzrə koordinatoru Aynur Nəbiyeva və layihənin Azərbaycan Dövlət Neft Akademiyası üzrə əlaqələndiriçisi və eyni zamanda SDGT-nin İdarə heyətimizin üzvü Tofiq Sadıxov aparırdı. Əvvəlcə YUVA Humanitar Təşkilatı və Layihə haqqında qısa məlumat verildi. Layihə hal-hazırda Azərbaycan, Ermənistan, Makedoniya və Ukraynada eyni vaxtda həyata keçirilir. Layihənin maliyyə dəstəyini USAID verir. Layihə EDC (Education Development Center) tərəfindən həyata keçirilir. Layihənin Məqsədi təhsildə şəffaflığa nail olmaqdır. Layihə haqqında məlumatdan sonra seminar iştirakçılarına “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı haqqında qısa film göstərildi. Filmdən sonra isə çox maraqlı müzakirələr başladi. Korrupsiya və onun səbəblərindən danışıldığı zaman istirakçılar qarşılaşdıqları korrupsiya hallarından misal gətirdilər. Ümumilikdə 3 saat davam edən seminarda tələbələr bir çox yeni məlumatlar əldə etdilər.